Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - YENİLƏNİB

Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevin meyitinin qalıqları Ucar rayonuna gətirilib.
Daxili siyasət
22 May , 2024 15:16
Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevlə Ucar rayonunun Əlikənd kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Əlikənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:27

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevin meyitinin qalıqları Ucar rayonuna gətirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Əlikənd kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Şöhrət Telman oğlu Nuriyev1969-cu il iyunun 17-də Ucar rayonunun Əlikənd kəndində anadan olub. O, 1993-cü ilin aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Ş.Nuriyev Əlikənd kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi