Bu, əvvəllər işğal altında olan Qarabağ və 7 rayon da daxil olmaqla Azərbaycanın bütün ərazisində keçirilən tarixi seçkilərdir.
“Report” xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında rusiyalı müşahidəçi, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
“Rusiya Federasiyasından olan müstəqil müşahidəçilər qrupumuza 10-dan çox nümayəndə daxil olub. Biz 15-ə yaxın seçki məntəqəsində olmuşuq, apardığımız müşahidələrin nəticələri hesabatda öz əksini tapıb və KİV-ə təqdim olunacaq”, – o bildirib.
S.Markovun sözlərinə görə, müşahidənin nəticəsi kifayət qədər aydındır - seçkilər Azərbaycan qanunlarına tam uyğun keçirilib, onları tam azad, demokratik, qanuni, ədalətli və rəqabətli adlandırmaq olar.
“Seçkilər beynəlxalq təşkilatların son onilliklərdə müxtəlif növ seçkilərlə bağlı hazırlanmış tələblərinə tamamilə uyğundur və ən əsası, Azərbaycan xalqının iradəsini tam əks etdirir”, - müşahidəçi əlavə edib.