Səbinə Əliyeva: “Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsi yaradılsın”

Səbinə Əliyeva: “Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsi yaradılsın” “Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunub və bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciə
Daxili siyasət
5 Mart , 2023 18:58
Səbinə Əliyeva: “Laçın-Xankəndi yolunun üzərində nəzarət-keçid məntəqəsi yaradılsın”

“Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunub və bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət edilib”.

“Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibətində yer alıb.

Qeyd olunub ki, bütün xəbərdarlıqlara baxmayaraq təxribatlar davam edib: “İnsanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik”.

Son xəbərlər

Orphus sistemi