Sarıcalı sakini: Arzu edirəm bütün məcburi köçkünlər yurdlarına qayıtsınlar

Sarıcalı sakini: Arzu edirəm bütün məcburi köçkünlər yurdlarına qayıtsınlar Allaha şükür olsun, uzun illər sonra ev-eşiyimizə qayıdırıq. Arzu edirəm, qaçqın və məcburi köçkünlərin hamısı doğma yurlarına qayıtsınlar. Allah Prezidentimizi, dövlətimizi qorusun.
Daxili siyasət
10 aprel 2025 07:20
Sarıcalı sakini: Arzu edirəm bütün məcburi köçkünlər yurdlarına qayıtsınlar

Allaha şükür olsun, uzun illər sonra ev-eşiyimizə qayıdırıq. Arzu edirəm, qaçqın və məcburi köçkünlərin hamısı doğma yurdlarına qayıtsınlar. Allah Prezidentimizi, dövlətimizi qorusun.

“Report” xəbər verir ki, bunları Ağdam rayonunun Sarıcalı kəndinə qayıdan keçmiş məcburi köçkün Məmmədov Fəlodin jurnalistlərlə söhbətində deyib.

“Sarıcalıya ailəmlə qayıdıram. Çox sevinirəm. Həyəcandan danışa bilmirəm. Hər kəs istəyər ki, öz yurduna qayıtsın. Bir sıra çətinliklər yaşadıq. İndi şükür ki, yurdumuza qayıdırıq”, - o əlavə edib.

Qeyd edək ki, Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə daha 39 ailə (153 nəfər) yola düşüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalıya köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatacaq.

Orphus sistemi