Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - YENİLƏNİB

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - YENİLƏNİB Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.
Daxili siyasət
17 İyun , 2024 15:50
Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - YENİLƏNİB

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov dəfn olunub.

“Report” xəbər verir ki, onun cənazəsi Hasıllı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

15:21

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.

Bu barədə "Report"a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

Qeyd edək ki, o, 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 2000 - 2020-ci illərdə (dörd çağırış) Milli Məclisin deputatı olmuş M.Kazımov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Son xəbərlər

Orphus sistemi