Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub

Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub.
Daxili siyasət
13 İyun , 2024 12:58
Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub

Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub.

“Report”un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, çadırlar Ağdərənin Talış və Zəngilanın Ağalı kəndində, Füzuli və Şuşa şəhərlərində qurulub:

“Həmin yerlərdə də heyvanlar baytar nəzarətindən keçəcək və Qurban bayramı qeyd olunacaq”.

Elxan Mikayılov vurğulayıb ki, ümumiyyətlə ölkə üzrə bayram ilə bağlı tədbirin təşkilinə sistemli və kompleks şəkildə nəzarət həyata keçiriləcək:

“İstehlakçılara çağırışımızın məqsədi ünvanlar ilə yaxından tanış etməkdir. Çünki bəzi məntəqələrdə yalnız kəsim, bəzilərində isə yalnız satış, bəzilərində həm satış, həm kəsim prosesi həyata keçirilir. Yalnız kəsim fəaliyyəti nəzərdə tutulan yerlərdə iri heyvanların satışına icazə verilməyəcək. Orada vətəndaşlar öz gətirdikləri heyvanları kəsə bilərlər”.

Aparat rəhbəri xəbərdarlıq edib ki, qanunsuz kəsim hallarına rast gəldikdə çox sərt tədbirlər görüləcək.

Sevil Seymur

Son xəbərlər

Orphus sistemi