Qərbi Azərbaycan Xronikası: “Ermənilərin və fransızların oxşar xisləti”

Qərbi Azərbaycan Xronikası: “Ermənilərin və fransızların oxşar xisləti” Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Baku TV-də “Ermənistanın Qərbi Azərbaycanda “Çernobıl planı” adlı növbəti süjet efirə gedib.
Daxili siyasət
19 Aprel , 2023 22:30
Qərbi Azərbaycan Xronikası: “Ermənilərin və fransızların oxşar xisləti”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Baku TV-də “Ermənistanın Qərbi Azərbaycanda “Çernobıl planı” adlı növbəti süjet efirə gedib.

“Report” xəbər verir ki, süjet “20 ölkədə soyqırımı törədən Fransanın Ermənistan bənzərliyi" yarımbaşlığı ilə qədim oğuz yurdu olan indiki Ermənistan ərazisində vaxtilə yaşayan azərbaycanlılara məxsus evlərin viran qoyulmasına, ermənilərin və fransızların oxşar soyqırımı xislətinə və işğalçılıq xüsusiyyətlərinə həsr olunub.

Məqsəd bir sıra cəhətləri ilə eyni olan Ermənistan və Fransanın günahsız insanları qətlə yetirmək, başqa ölkələrin torpaqlarını işğal etmək, müsəlmanları, türkləri deportasiyalara məruz qoymaq, eləcə də fransızların afrikalılara yaşatdığı müsibətləri bir daha ictimaiyyətə çatdırmaqdır.

Süjetdə “20 ölkədə soyqırımı törədən Fransanın Ermənistan bənzərliyi" altbaşlığı altında Ermənistanda azərbaycanlıların vaxtilə yaşadığı kəndlərin boş qalmasının, məskunlaşma və abadlıq işlərinin aparılmamasının səbəbləri göstərilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjetə Baku Tv-nin “Youtube” kanalında baxa bilərsiniz.

Son xəbərlər

Orphus sistemi