Seçkilərdəki şəffaflıq hökumətin ölkədə demokratiyanı necə möhkəmləndirdiyini göstərir.
Bunu "Report"a açıqlamasında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Qambiyadan olan Lamin Sanne təəssüratlarını bölüşərkən deyib.
Onun sözlərinə görə, Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesi yüksək səviyyədə təşkil olunub, vətəndaşların öz iradəsini azad ifadə etməsi üçün hər cür şərait yaradılıb.
L.Sanne monitorinq prosesi ilə bağlı xoş təəssüratları olduğunu qeyd edib: “Seçicilər seçki məntəqələrinə gedir və sərbəst şəkildə səsvermə hüququndan istifadə edirlər. Prosesin təşkilinə gəlincə, gördüklərim məni təsirləndirdi. Prosesin ən yüksək səviyyədə təşkili və bütün lazımi şəraitin yaradılması vacibdir. Bu gün vətəndaşlar parlamentdə kimi görmək istədiklərinə qərar verirlər”.