Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
Daxili siyasət
235
12 Mart , 2022 20:41
Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

“Report” xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

İlk öncə qaliblərlə tanış olan Şahmar Mövsümov daha sonra qaliblərə əsas milli inkişaf prioritetlərindən bəhs edib. Bu prioritetlərin içində insan kapitalının inkişaf etdirilməsi dövlətin xüsusi marağında olduğunu qeyd edən Prezident köməkçisi, “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi əhəmiyyət kəsb etdiyini əlavə edib. Sonra Şahmar Mövsümov qeyri-neft sahəsinin inkişafı, iqtisadi və informasiya texnologiyaları sahələrinin inkişafı ilə bağlı qaliblərin təkliflərini qəbul edib və suallarını cavablandırıb.

Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qaliblərinə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini də verib. Kommunikasiya bacarıqlarının doğru istifadə edilməsi üçün dürüstlüyün ən vacib amil olduğunu qeyd edən Prezident Administrasiyasının şöbə müdiri qaliblərə stereotiplərdən qaçaraq, daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi davam edir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Son xəbərlər

Orphus sistemi