Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
24 May , 2018 14:34
Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib
president.az
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Bu gün Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib.

Qeyd edək ki, 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun tikintisi üçün 2016-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2 milyon manat vəsait ayrılıb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur. Layihəyə əsasən yol əsaslı şəkildə yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Bundan başqa, yolboyu 450 metr uzunluğunda istinad divarları inşa olunub, bütün infrastruktur yaradılıb. Yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Eyni zamanda, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qobu-Hökməli avtomobil yolunun 11,5 kilometrlik hissəsinin yenidən qurulması da başa çatdırılıb. Yolun eni 11 metrə yaxındır. Bundan başqa, bu ərazidə məcburi köçkünlər üçün yeni tikilən “Qobu Park” yaşayış kompleksinə gedən 700 metr uzunluğunda avtomobil yolunun tikintisi işləri də yekunlaşıb. Bununla da Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınan şəhərcikdən yola birbaşa çıxış təmin olunub.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Son xəbərlər

Orphus sistemi