Prezident İlham Əliyev: “Məqsədimiz odur ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər”

Prezident İlham Əliyev: “Məqsədimiz odur ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər” “Bakı şəhərinin məktəblərinin maddi-texniki bazası tam yeniləşəcək”
Daxili siyasət
15 Sentyabr , 2016 14:01
Prezident İlham Əliyev: “Məqsədimiz odur ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər”

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Bu il Bakı şəhərində on orta məktəb və peşə məktəbi əsaslı təmir edilib. Yeni korpuslar tikilib. Bir məktəb - 311 nömrəli bu məktəb üçün isə yeni bina tikilib. Son 4-5 il ərzində Bakı şəhərində məktəblərin mütləq əksəriyyəti əsaslı təmir olundu. Hələ ki, təmirsiz 17 məktəb var. Biz gələn il və 2018-ci ildə onları da təmir edəcəyik”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışında deyib.

“Eyni zamanda, bəzi məktəblərdə uşaqlar iki növbədə oxuyurlar, o cümlədən bu məktəbdə. Ona görə, bizim məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər. Əlbəttə, buna nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər tikilməlidir, o cümlədən bu ərazidə. Düzdür, burada yerlə bağlı problemlər var. Ancaq yerli icra hakimiyyətinə göstəriş verdim ki, baxsınlar, araşdırsınlar, bu ərazidə harada mümkündürsə orada yeni məktəb tikilsin. Beləliklə, Bakı şəhərinin məktəblərinin maddi-texniki bazası tam yeniləşəcək”, - dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi