Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib - YENİLƏNİB

Daxili siyasət
  • 31 mart, 2018
  • 13:07
Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib - YENİLƏNİB

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb.

İdarədən “Report”a daxil olan məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

"Saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb", - məlumatda qeyd olunub. 


*** 15:30

Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) birgə mitinq keçirir.

“Report”un xəbərinə görə, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.