​Oljas Süleymenov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Daxili siyasət
  • 17 may, 2016
  • 13:52
​Oljas Süleymenov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Bakı. 17 may. REPORT.AZ/ Prezident İlham Əliyev Oljas Süleymenovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə Oljas Süleymenov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.