Nazirin oğlu hüquq məsləhətxanasının rəhbəri seçilib

Daxili siyasət
  • 12 may, 2018
  • 05:49
Nazirin oğlu hüquq məsləhətxanasının rəhbəri seçilib

Bakı. 12 may. REPORT.AZ/ Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının yeni rəhbərinin adı məlum olub.

“Report”un xəbərinə görə, Fariz Məmmədov hüquq məsləhətxanasının müdiri seçilib.

Qeyd edək ki, Fariz Məmmədov həm də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.

O, ədliyyə naziri Fikrət Məmmədovun oğludur.