Nazir müavini: Yaralılara Qazaxıstanda yüksək peşəkar tibbi yardım göstərilib

Nazir müavini: Yaralılara Qazaxıstanda yüksək peşəkar tibbi yardım göstərilib Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib.
Daxili siyasət
26 Dekabr , 2024 19:35
Nazir müavini: Yaralılara Qazaxıstanda yüksək peşəkar tibbi yardım göstərilib

Yaralılara Qazaxıstanda yüksək peşəkar tibbi yardım göstərilib.

Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.

O bildirib ki, xəsarət alanlardan yeddi nəfər Bakıya gətirilib: “Daha yeddi xəsarət alan da Bakıya gətiriləcək. Biz müalicə və müayinəyə hazırıq”.

Nazir müavininin sözlərinə görə, yaralılar arasında vəziyyəti ağır olanlar da var: “Xəsarət alan uşağın vəziyyəti isə orta ağırdır. Vəziyyəti ağır olan üç nəfər hazırda Aktau şəhərindədir. Bakıya gətirilənlər Yeni Klinika xəstəxanasında müalicə olunacaq. Çünki onların bütün mütəxəssislər olan klinikaya yerləşdirilməsinə ehtiyac var. Yaralılar müştərək travma alıblar".

İ.Qasımovun sölzərinə görə, evakuasiya riski olmayacağı təqdirdə, Qazaxıstandakı yaralılar Bakıya gətiriləcək.

O söyləyib ki, yaralıların durumu sabitləşəndən sonra onlar ambulator müalicəyə göndəriləcəklər.

Son xəbərlər

Orphus sistemi