Nazir müavini: “Azərbaycan vətəndaşların Prezidentin ətrafında sıx birləşməsinə görə dünyaya nümunədir”

Daxili siyasət
  • 01 oktyabr, 2021
  • 07:41
Nazir müavini: “Azərbaycan vətəndaşların Prezidentin ətrafında sıx birləşməsinə görə dünyaya nümunədir”
İntiqam Babayev

“Bizim əsas fəaliyyətlərimizdən biri vətənpərvərliklə bağlıdır. Azərbaycan bəzi ölkələrdən ərazisinə və əhalisinə görə kiçik ola bilər. Ancaq ölkə vətəndaşlarının Prezidentin ətrafında sıx birləşməsinə, ordu-xalq birliyinə görə dünyaya nümunədir”.

“Report”un xəbərinə görə, bunu gənclər və İdman nazirinin müavini İntiqam Babayev Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

O qeyd edib ki, hər kəs öz işi ilə Qarabağın Azərbaycan ərazisi olmasını bir daha dünyaya nümayiş etdirməliyik: “Biz keçirdiyimiz layihələrdə Azərbaycan hərbçilərinin qəhrəmanlığını gənclərimizə çatdıracağıq. Bizim bu istiqamətdə digər maraqlı layihələrimiz də var”.

44 filmi