Naxçıvanın dövlət qurumlarının rəhbərləri dekabrda vətəndaş qəbulları keçirəcəklər
- 06 dekabr, 2025
- 12:00
Naxçıvan Muxtar Respublikası (MR) dövlət qurumlarının rəhbərləri dekabr ayında vətəndaş qəbulları keçirəcəklər.
"Report"un yerli bürosu xəbər verir ki, qəbullar bölgələrdə əhalinin müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ həllinə nail olunması və dövlət-vətəndaş ünsiyyətinin daha səmərəli qurulması məqsədi daşıyır.
Qəbul qrafikinə uyğun olaraq, rəhbər şəxslər ay boyunca Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək və Şahbuz rayonlarında sakinlərlə görüşəcəklər. Qəbullar zamanı sosial rifah, məşğulluq, infrastruktur, kənd təsərrüfatı, təhsil, səhiyyə, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətlərin dinlənilməsi nəzərdə tutulur.
Müraciət edib qəbula yazılmaq istəyən vətəndaşlar müvafiq dövlət qurumlarına və elektron qaydada qeydiyyat sistemlərinə müraciət edə bilərlər.