Naxçıvanda ötən il mülkiyyət hüquqlarının pozulmasına dair 1000 məhkəmə iddiası qaldırılıb

Naxçıvanda ötən il mülkiyyət hüquqlarının pozulmasına dair 1000 məhkəmə iddiası qaldırılıb 2023-cü iıdə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatına təkcə mülkiyyət hüquqlarının pozulması ilə bağlı əmlak və kompensasiya tələbi üzrə təxminən 1 000 iddia ərizəsi daxil olub.
Daxili siyasət
6 yanvar 2024 10:35
Naxçıvanda ötən il mülkiyyət hüquqlarının pozulmasına dair 1000 məhkəmə iddiası qaldırılıb

2023-cü ildə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatına təkcə mülkiyyət hüquqlarının pozulması ilə bağlı əmlak və kompensasiya tələbi üzrə təxminən 1 000 iddia ərizəsi daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Məhkəmənin hakimi Elnur Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

"Bunlardan 534 iş üzrə iddia tələbləri cavabdeh inzibati orqanlar tərəfindən məhkəmədənkənar qaydada təmin edildiyindən həmin işlər üzrə icraata xitam verilməsi barədə qərardadlar qəbul edilib. 122 iş üzrə iddia tələblərinin icrasına xitam verilib. Onlardan 107-si iş üzrə iddia ərizəsi iddiaçı tərəfindən geri götürüldüyünə, 15 işin icraatına isə iddiaçı məhkəmə prosesindən yayındığına görə xitam verilib. Yəni, iş üzrə məhkəmə çağırışlarına etinasız yanaşıldığına görə belə qərar qəbul edilib", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi