Narkotik satışı ilə məşğul olan iki nəfərə hökm oxunub

Narkotik satışı ilə məşğul olan iki nəfərə hökm oxunub Qaçaqmalçılıq yolu ilə narkotik vasitələri daşımada təqsirləndirilən İlqar Əliyev və Xeyrulla Nəsrullayevə hökm oxunub və hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Daxili siyasət
28 sentyabr 2023 12:36
Narkotik satışı ilə məşğul olan iki nəfərə hökm oxunub

Qaçaqmalçılıq yolu ilə narkotik vasitələri daşımada təqsirləndirilən İlqar Əliyev və Xeyrulla Nəsrullayevə hökm oxunub və hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, ötən ilin yanvarında Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar.

Onların üzərindən 5 büküm ümumi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi