Muğan bölgəsində səsvermə seçici fəallığı ilə keçirilir  

Muğan bölgəsində səsvermə seçici fəallığı ilə keçirilir   Ölkənin Muğan bölgəsində səsvermə seçici fəallığı şəraitində davam edir.
Daxili siyasət
1 Sentyabr , 2024 10:24
Muğan bölgəsində səsvermə seçici fəallığı ilə keçirilir  

Ölkənin Muğan bölgəsində səsvermə seçici fəallığı şəraitində davam edir.

“Report”un Muğan bürosunun məlumatına görə, bölgənin Biləsuvar, Cəlilabad və İmişli rayonlarında seçicilər qeydiyyatda olduqları məntəqələr üzrə səs verirlər.

Qeyd edək ki, 69 saylı Biləsuvar seçki dairəsi üzrə qeydiyyatda olan 53 min 580 seçici 46 seçki məntəqəsində seçki hüququndan istifadə edirlər.

Həmin dairədə 8 namizəd qeydə alınıb. Onlardan 4-ü müxtəlif siyasi partiyaları təmsil edir, 4-ü isə namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. Dairə üzrə 10 seçki məntəqəsində veb kameralar quraşdırılıb və seçicilərdən 410 nəfər ilk dəfə səs verəcək.

71 saylı Cəlilabad şəhər və 72 saylı Cəlilabad kənd seçki dairələrində də səsvermə nəzərdə tutulan vaxtda başlayıb. Məlumata əsasən, 71 saylı Cəlilabad şəhər seçki dairəsində 54 seçki məntəqəsi üzrə 51 min 442 seçici qeydiyyatdadır. Dairədə 7 namizəd qeydə alınıb. Dairə üzrə 14 məntəqədə veb kameralar quraşdırılıb və seçicilərdən 345-i nəfər ilk dəfə səs verəcək.

72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydiyyatda olan 47 min 755 seçici 45 seçki məntəqəsində səs verirlər. Həmin dairə üzrə 7 namizəd qeydə alınıb. Dairənin 5 seçki məntəqəsində veb kameralar quraşdırılıb, seçicilərdən 569 nəfər ilk dəfə səs verəcək.

81 saylı İmişli seçki dairəsi üzrə də səsvermə davam edir. Dairə üzrə 52 seçki məntəqəsində 50 min 244 seçici qeydiyyatdadır. Sözügedən seçki dairəsində 7 namizəd qeydə alınıb. Seçkii dairəsinin 6 məntəqəsində veb kameralar quraşdırılıb, 510 seçici ilk dəfə səs verəcək.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Son xəbərlər

Orphus sistemi