Müdafiə nazirinin sabiq müavini əfv edilib
Daxili siyasət
- 16 mart, 2019
- 14:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında həbsdə olan müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı var.
"Report"un xəbərinə görə, sərəncamla Səlimov Mehman Əmirxan oğlu əfv edilib.
Xatırladaq ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.
Son xəbərlər
00:11
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
Digər ölkələr
23:56
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
Digər ölkələr
23:32
Foto
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
Mədəniyyət siyasəti
23:22
Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək
Digər ölkələr
23:08
Foto
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Hadisə
23:00
Gürcüstan prezidenti 232 nəfəri əfv edib
Region
22:45
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Digər ölkələr
22:41
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Hadisə
22:19
İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
Xarici siyasət