Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən, Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Vəli Məmiş oğlu Ələsgərova
general-mayor Elçin Ərsalan oğlu Əliyevə
general-mayor Fərhad Hüseyn oğlu Vahabova
general-mayor ali hərbi rütbəsi
polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə.
Dövlət başçısı həmçinin Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Çovdarov Akif Teymurxan oğlu - general-mayor
Mahmudzadə Elşad Bilal oğlu - polkovnik
"Vətən uğrunda" medalı ilə
Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant
Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki
Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant
İbayev Zabil Nəsir oğlu - mayor
Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru
Sadıqov Mahir İbrahim oğlu - polkovnik
Sultanov Şahin Sultan oğlu - general-mayor
"İgidliyə görə" medalı ilə
Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş
Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant
Mövsümov Azər Adil oğlu - kapitan
"Hərbi xidmətlərə görə" medalı ilə
Abbasov Mövlud Həsənqulu oğlu - mayor
Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan
Cabbarov Turac Vaqif oğlu - kapitan
İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik
Quliyev Bəhruz Yusif oğlu - kapitan
Rzayev Tural Məmməd oğlu - kapitan
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant.
Bundan əlavə, Prezident İlham Əliyev İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adı verilib.