Hazırda ölkədə kifayət qədər uğurlu, sivil tələblərə cavab verən seçki mühiti mövcuddur.
Bunu "Report"a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, bəziləri xoşagəlməz əsassız məlumatlar tirajlamağa da çalışır:
"Azərbaycanın uğuruna qərəzli yanaşanlar çalışırlar ki, hansısa məqamı tapıb onu şişirtsinlər. Nəzərə alsaq ki, indiyədək belə bir faktlara söykənən məqamın şişirdilməsinin şahidi olmamışıq, bu o deməkdir ki, onların əlinə heç bir bəhanə keçməyib. Hazırda ölkədə kifayət qədər uğurlu, sivil tələblərə cavab verən seçki mühiti mövcuddur. Beynəlxalq aləmin də seçkilərə yanaşması yetərincə adekvatdır. Bütün proseslər azad, şəffaf və ədalətli seçkilərin keçirilməsinə hesablanıb. Namizədlərin irəli sürülməsi, qeyd alınması, seçkiqabaı təşviqat kampaniyası, eləcə də bütün seçki subyektlərini əhatə edən digər irimiqyaslı proseslər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. Əminəm ki, bu fikirləri seçkidən sonra da səsləndirə biləcəyik".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.