Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
“Report” xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Bunlara 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılması, Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi daxildir.
Bundan əlavə, gündəliyə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə,
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu,
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.