Yuxarı

Hadı Rəcəbli

 - 

Azərbaycan Milli Məclisinin deputatı



1995

1995-cil ildən Milli Məclisin deputatıdır. Milli Məclisin Sosial siyasət komitəsinin sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.

1989

1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

1983

1983-cü ildə Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.

1972

1972-ci ildə birinci katib, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980-ci ildə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub.

1971

1971-ci ildə Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1963

1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib.

1947

Hadı Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini bitirib.