MM-in komitə sədri: Azərbaycanın beynəlxalq münasibətlərdə yeri və rolu kifayət qədər artıb

Daxili siyasət
  • 14 may, 2025
  • 12:14
MM-in komitə sədri: Azərbaycanın beynəlxalq münasibətlərdə yeri və rolu kifayət qədər artıb
Səməd Seyidov

Yaxın Şərqdəki vəziyyət, Hindistan-Pakistan münaqişəsi və başqa proseslər dünyada qeyri-sabitliyin göstəricisidir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitədə keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib.

O qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin sayəsində regionda formalaşmış yeni reallıqlardan çıxış edir:

“Ölkənin beynəlxalq münasibətlərdə yeri və rolu kifayət qədər artıb. Prezidentin də dediyi kimi, ən azından regionda bizimlə hesablaşmaq vacib məsələdir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan parlamenti hazırda beş beynəlxalq təşkilata sədrlik edir:

“Qlobal Cənubun siyasi və iqtisadi məsələlərdə Qərblə qarşıdurmasının artması və münasibətlərin mürəkkəbləşdiyi çətin dövrdə Azərbaycan özünün müstəsna potensialını nümayiş etdirir”.

44 filmi