Milli Məclisin növbəti iclasında 7 məsələ müzakirə ediləcək - SİYAHI

Milli Məclisin növbəti iclasında 7 məsələ müzakirə ediləcək - SİYAHI Plenar iclas aprelin 26-da keçiriləcək
Daxili siyasət
20 Aprel , 2016 09:24
Milli Məclisin növbəti iclasında 7 məsələ müzakirə ediləcək - SİYAHI

Bakı. 20 aprel. REPORT.AZ/ Milli Məclisin aprelin 26-da keçiriləcək plenar iclasının gündəliyinə 7 məsələnin müzakirə edilməsi təklif edilib. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Report"a bildirib ki, iclasda ilk olaraq İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Daha sonra "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi, eləcə də "Telekommunikasiya haqqında", "Kütləvi informasiya haqqında", "Polis haqqında", "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" qanunlarda dəyişikliklər edilməsinə baxılacaq.

Qeyd edək ki, İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təqdim edəcək. Hesabatda il ərzində insan alveri və ona qarşı mübarizə ilə bağlı konkret statistika əks olunub.

Son xəbərlər

Orphus sistemi