Son üç ildə məişət zorakılığı üzrə xitam verilən cinayət işlərinin sayı açıqlanıb
- 06 dekabr, 2023
- 08:56
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-2023-cü illər üzrə fəaliyyət planına əsasən aparılan ümumiləşdirilmiş statistika nəticəsində müəyyən olunub ki, məişət zorakılığına görə təqsiriləndirilən 421 nəfər barəsində cinayət işinə xitam verilib və həmin şəxslər azad edilib.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov dekabrın 6-da Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Hakim vurğulayıb ki, məişət zorakılığı halları ilə bağlı onları narahat edən əsas məsələlərdən biri də təqsirləndirilən şəxslə cəzaçəkmiş şəxsin barışmasıdır.
Onun sözlərinə görə, bu kimi hallar əksər vaxtlarda cinayətlə yekunlaşa bilir. Məişət zorakılığı ilə bağlı halların əksəriyyətində zərərçəkmiş tərəf qadınlar, təqsirləndirilən tərəf isə kişilər olur.