Bakı. 17 may. REPORT.AZ/ Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, o, məktubunda İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edib, ali dövləti fəaliyyətində daha böyük uğurlar arzulayıb.
"Bu xoş fürsətdən istifadə edərək Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə birgə səylərimizlə daha sürətlə inkişaf edəcək. Sizə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə və səylərinə görə minnətdarlığımı bildirirəm. Bu beynəlxalq mərkəzin fəaliyyətini və rolunu çox yüksək qiymətləndirir, onun regionda əməkdaşlığın və dialoqun təşviqinə yönələn görüşlərində iştirak etməkdən məmnunluğumu ifadə edirəm".