Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayev Gəncədə dəfn edilib - YENİLƏNİB

Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayev Gəncədə dəfn edilib - YENİLƏNİB Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.
Daxili siyasət
8 Avqust , 2024 12:19
Laçında itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayev Gəncədə dəfn edilib - YENİLƏNİB

Laçın rayonunda iki il əvvəl itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Qərb bürosu xəbər verir ki, hərbçinin nəşi Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində F.Abdullayevin doğmaları, rəsmi şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

10:43

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə də, hazırda həlak olan hərbçi ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, Firdovsi Mais oğlu Abdullayev 2003-cü il fevralın 9-da Goranboy rayonunda anadan olub. F.Abdullayev və onun əsgər yoldaşı, 2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

F.Abdullayev Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi