Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub - YENİLƏNİB Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Daxili siyasət
30 Oktyabr , 2023 17:54
Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub - YENİLƏNİB

Oktyabrın 30-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 70 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 315 ailə, yəni 1205 nəfərin daimi məskunlaşması təmin edilib.

06:55

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

“Report” xəbər verir ki, bu gün Laçın şəhərinə daha 20 ailə - 70 nəfər yola düşüb.

Bu mərhələdə Bakı və Sumqayıt şəhərlərindən köçürülən 16 ailə (59 nəfər) Qaradağ rayonu “Qobu Park-3” yaşayış kompleksindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Dörd ailə (11 nəfər) isə Beyləqan və Şamaxı rayonlarında məskunlaşdıqları ərazidən yola düşüb və Horadiz şəhərində köç karvanına qoşulacaq.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bügünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 315 ailə (1 205 nəfər) köçürülüb.

Son xəbərlər

Orphus sistemi