Keçmiş məcburi köçkün: "Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir"

Keçmiş məcburi köçkün: "Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir" Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir.
Daxili siyasət
26 Sentyabr , 2024 07:20
Keçmiş məcburi köçkün: Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir

Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir.

"Report" xəbər verir ki, bunu Cəbrayıl şəhərinə köç edən Tünzalə Bəhrəmova söyləyib.

O qeyd edib ki, ən böyük arzusu Cəbrayıla getmək, doğmalarının məzarını ziyarət etməkdir:

"30 illik məcburi köçkün həyatımızı Xırdalanda yaşamışıq. Çox çətinliklərimiz olsa da, şükürlər olsun ki, o günlərimiz geridə qaldı. Bizə Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir. Çox həyəcanlıyıq, biımirik, ağlayaq, bilmirik, gülək.

Cəbrayıl işğaldan azad edildikdən sonra oraya getməmişik, orada olmamışıq. Həyəcanla oraya çatacağımız anı gözləyirik. Gedib orada möhkəm səslə qışqırmaq istəyirəm, bəlkə, səsim oradakı ruhları oyada. Ən böyük arzum da məhz Cəbrayılda qalan doğmalarımızın, atamın məzarını ziyarət etməkdir.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınır. Bu mərhələdə 36 ailə (117 nəfər) öz doğma yurduna köçürülür.

Son xəbərlər

Orphus sistemi