Bakıda İkinci Autizm Festivalı təşkil olunub

Bakıda İkinci Autizm Festivalı təşkil olunub Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Fəvvarələr meydanında II Autizm Festivalı təşkil olunub
Daxili siyasət
227
28 Aprel , 2022 12:34
Bakıda İkinci Autizm Festivalı təşkil olunub

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Fəvvarələr meydanında II Autizm Festivalı təşkil olunub.

"Report" xəbər verir ki, festivalda ölkə üzrə fəaliyyət göstərən 30 autizm mərkəzi bir araya gəlib. Onlar burada autizmli uşaqların reabilitasiyası ilə bağlı işlərini nümayiş etdiriblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Xatırladaq ki, 2 aprel Dünya Autizm Məlumatlandırma günüdür. Bu münasibətlə aprel ayı autizm ayı hesab olunur. Azərbaycan Autizm Assosiasiyası ay çərçivəsində autizmli uşaqlar arasında bocce, stolüstü tennis, velosiped, atletika və futbol yarışları təşkil edib.

Bütün bu tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

Son xəbərlər

Orphus sistemi