Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində canından keçən 2908 şəhidini anır.
"Report" xəbər verir ki, "Haber Global" televiziyası Azərbaycanın 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıdakı İkinci Fəxri Xiyabandan reportaj hazırlayıb.
Telekanalın reportajında qeyd edilib ki, dörd il öncə bu gün Ermənistan mövqelərindən azərbaycanlı mülki vətəndaşların atəşə tutulması ilə əks-hücum əməliyyatları başlayıb:
"Vətən müharibəsində şəhid olanların xatirəsinin anılması məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, müharibənin başladığı 27 sentyabr tarixi Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Vətən müharibəsində qazanılan böyük zəfərin arxasında məhz üç minə yaxın şəhid dayanır. Ona görə də bu gün Azərbaycanın bütün bölgələrində şəhidlərin əziz xatirəsi yad edilir".
"Haber Global"ın videosüjetini təqdim edirik: