Nazirlik "Xarqo" barədə filmi təqdim etdi

Nazirlik "Xarqo" barədə filmi təqdim etdi Gənclər və İdman nazirliyi Fransa Müqavimət Hərəkatının “Xarqo” ləqəbli partizanı, Fransa Milli Ordusunun əsgəri Akmed Mişel – Əhmədiyyə Cəbrayılov haqqında filmi təqdim edib.
Daxili siyasət
22 Sentyabr , 2020 18:00
Nazirlik Xarqo barədə filmi təqdim etdi

Gənclər və İdman Nazirliyi Fransa Müqavimət Hərəkatının “Xarqo” ləqəbli partizanı, Fransa Milli Ordusunun əsgəri Akmed Mişel – Əhmədiyyə Cəbrayılov haqqında filmi təqdim edib. 

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, bu film Prezident İlham Əliyevin Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı sərəncamı əsasında ərsəyə gəlib. 

Nazirlik müvafiq sərəncamı rəhbər tutaraq və qəhrəmanlıq tarixinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan, fransız və rus dillərində Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolunu və həyatını əks etdirən sənədli filmi nümayiş etdirib.

Film əfsanəvi qəhrəmanın yüksək insani keyfiyyətlərini, faşizmə qarşı mübarizəsini, partizan yoldaşlarının onun haqqında fikirlərini, Fransa xalqının onu unutmadığını və digər maraqlı məqamları göstərir.

Son xəbərlər

Orphus sistemi