Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyun layihəsi çərçivəsində Astara və Lerik rayonunlarında intellektual oyun təşkil olunub.
"Report"un Cənub Mərkəzi xəbər verir ki, Astara rayonununda 16-29 yaş qruplarında gənclərdən ibarət 9 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunub.
Lerik rayonunda isə 7 komanda olmaqla hər komandanın tərkibində 6 nəfər iştirakçı olub.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırıb və iştirakçıları yarışda fəal olmağa çağırıb.
Tədbirdə çıxış edən Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla məlumat verərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışın aparıcısı Ramal Ağazadə qaydalar barədə iştirakçılara məlumat verib və komandaların adlarını müəyyənləşdikdən sonra intelektual oyunun başladığını elan edib.
Yarışın nəticələrinə əsasən hər iki rayonda ilk 3 yeri qazanan komandların üzvlərinə təşkilat komitəsi tərəfindən diplomlar verilib.
Məlumat üçün qeyd edək ki, layihənin sonucu oyunu fevralın 12-də Masallı rayonunda keçiriləcək.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları intellektual oyunlara cəlb etməkdir.