Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayrılıb
Daxili siyasət
- 17 oktyabr, 2021
- 13:47
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama görə, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılır.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Son xəbərlər
15:21
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə15:16
Foto
XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib
Xarici siyasət15:09
Aydın Süleymanlı: "Məqsədim Vüqar Həşimov Memorialında qaliblər sırasında yer almaqdır"
Fərdi14:51
Bəqayi: Tehran və Vaşinqton arasında birbaşa dialoq yoxdur
Region14:32
Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib
Digər ölkələr14:13
Benində hərbçilər prezident iqamətgahına hücum ediblər, ordu nəzarətin bərpasına çalışır – YENİLƏNİB
Digər ölkələr14:08
Azərbaycanın basketbol millisi beynəlxalq turnirdə ikinci oyunda da qələbə qazanıb
Komanda14:03
İranın xarici işlər naziri yaxın vaxtlarda Rusiya və Belarusa səfər edəcək
Region13:47