FHN Gəncədə müşavirə keçirib

Daxili siyasət
  • 13 oktyabr, 2023
  • 07:42
FHN Gəncədə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin akt zalında nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Texniki təhlükəsizlik-bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, toplantıda FHN və icra orqanlarının əməkdaşları, sahibkarlar iştirak ediblər.

Müşavirədə müəssisələrdə yarana biləcək təhlükələrin aradan qaldırılması, texniki qaydalara riayət olunması və bu sahədə digər məsələlər barədə maarifləndirici çıxışlar olub.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb.

44 filmi