FHN COP29-la əlaqədar maarifləndirmə tədbiri keçirib

FHN COP29-la əlaqədar maarifləndirmə tədbiri keçirib Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar maarifləndirmə xarakterli tədbir keçirib.
Daxili siyasət
31 May , 2024 18:22
FHN COP29-la əlaqədar maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar maarifləndirmə xarakterli tədbir keçirib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə nazirliyin müvafiq vəzifəli şəxsləri və FHN Akademiyasının kursantları iştirak edib. FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev “BMT-nin İqlim Dəyişikliyi Konfransı” mövzusunda geniş təqdimatla çıxış edib.

Təqdimat zamanı Ə.Quliyev iqlim dəyişmələrinin başvermə səbəbləri və bunun minimuma endirilməsi üçün Azərbaycan Respublikasının səyləri barədə geniş məlumat verərək, Bakı şəhərində keçiriləcək COP29 ilə əlaqədar nüvə və radiasiya təhlükəsizliyi sahəsində Agentliyin gördüyü işlər haqqında ətraflı danışıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi