Nazirliyin nümayəndəsi: Bələdiyyələrdə yaradılan gender komissiyalarının çoxu formal xarakter daşıyır

Nazirliyin nümayəndəsi: Bələdiyyələrdə yaradılan gender komissiyalarının çoxu formal xarakter daşıyır Bələdiyyələrdə yaradılmış gender komissiyalarında çatışmazlıqlar var.
Daxili siyasət
19 Dekabr , 2024 10:47
Nazirliyin nümayəndəsi: Bələdiyyələrdə yaradılan gender komissiyalarının çoxu formal xarakter daşıyır

Bələdiyyələrdə yaradılmış gender komissiyalarında çatışmazlıqlar var.

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bəzi bələdiyyələrdə olan gender komissiyaları formal xarakter daşıyır:

"Artıq bütün bələdiyyələrdə gender komissiyaları yaradılıb. Lakin həmin komissiyaların bir çoxu formal xarakter daşıyır. Bələdiyyə yerli özünü idarəetmə qurumu olaraq birbaşa əhali ilə əlaqəyə girməlidir. Lakin bu həmişə belə olmur".

F.Hacıyeva bildirib ki, bələdiyyələrin risk qrupu ailələrlə görüşlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin təşkili olduqca müsbət nəticə verər:

"Keçirdiyimiz monitorinqlər nəticəsində gender komissiyalarının bu istiqamətdə nailiyyətlərinə şahid olmuşuq. Sözügedən tədbirlərin sayının çoxalması üçün dəstək göstərməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi