Dövlət Komitəsi: Attestasiyadan keçən din xadimlərinə imtiyazlar nəzərdə tutulmayıb

Dövlət Komitəsi: Attestasiyadan keçən din xadimlərinə imtiyazlar nəzərdə tutulmayıb Attestasiyadan keçən din xadimlərinə imtiyazlar nəzərdə tutulmayıb.
Daxili siyasət
7 Mart , 2024 16:10
Dövlət Komitəsi: Attestasiyadan keçən din xadimlərinə imtiyazlar nəzərdə tutulmayıb

Attestasiyadan keçən din xadimlərinə imtiyazlar nəzərdə tutulmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, attestasiyadan keçmiş din xadimləri növbəti 5 ildə fəaliyyətlərini davam etdirmək hüququ qazanıblar. “Qayda”da attestasiyadan keçən din xadimləri üçün hansısa əlavə imtiyaz nəzərdə tutulmayıb. Onların vəzifədə yüksəlmə yalnız müsahibə yolu ilə mümkündür.

Eyni zamanda vurğulanıb ki, attestasiyanın nəticəsi din xadimlərinə Mənəvi Dəyərlərin Təbliği Fondunun verdiyi maddi dəstəyin məbləğinə də təsir göstərməyəcək.

Qeyd edək ki, din xadimlərinin attestasiyası Azərbaycanda ilk dəfə bu il martın 4-6-da həyata keçirilib və 64 din xadiminin iştirakı nəzərdə tutulub. Lakin onlardan 3 nəfəri tələb olunan sənədləri Dövlət Komitəsinə təqdim etməyib. Sənəd vermiş 61 nəfərdən 2-si müəyyən səbəblərdən attestasiyada iştirak edə bilməyib.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi