Dövlət Əmək Müfəttişliyi Xidməti: "18 oktyabr iş günüdür"

Daxili siyasət
  • 15 oktyabr, 2021
  • 09:20
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür

"Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq".

"Report" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.

O xatırladıb ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

"Həmin günlər hər il bayram kimi qeyd olunacaq", - bildirib.