"Azərbaycandakı taksi şirkətlərinin hansısa xarici ölkələrdən maliyyələşməsini və onların burada şirkət açmasını istəmirəm".
“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O, əvvəl sözügedən qanuna taksilərlə bağlı təklif edilən dəyişikliklərin əleyhinə səs verməyi düşündüyünü bildirib. Amma sonradan layihənin mütərəqqi olduğunu gördüyü üçün dəyişikliklərin lehinə səs verəcəyini söyləyib.
Deputat taksilərlə bağlı Azərbaycandakı iş adamlarına çağırış edib:
"İstəmirəm ki, Azərbaycandakı taksi şirkətləri hansısa xarici ölkələrdən maliyyələşsin və onlar burada şirkət açsın. İndi özümüzün iş adamlarına nə gəlib? Niyə pulu xarici şirkətlərə ödəməliyik? Yaxşı olardı ki, öz iş adamlarımız taksilərə yiyəlik etsinlər".