Deputat: "Azərbaycan ərzaq təhlükəsizliyinin təminatında öndə gedən ölkələrdən biridir"

Deputat: "Azərbaycan ərzaq təhlükəsizliyinin təminatında öndə gedən ölkələrdən biridir" "Ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə üçün prioritet məsələlərdən biridir. Buna görə də vətəndaşlarının daimi şəkildə ərzaq məhsulları ilə təminin düşünən ölkələr zamanında addımlar atır, köklü işlər həyata keçirirlər. Təbii ki, Azərbaycan bu məsəl
Daxili siyasət
192
19 Mart , 2022 19:25
Deputat: Azərbaycan ərzaq təhlükəsizliyinin təminatında öndə gedən ölkələrdən biridir

"Ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə üçün prioritet məsələlərdən biridir. Buna görə də vətəndaşlarının daimi şəkildə ərzaq məhsulları ilə təminin düşünən ölkələr zamanında addımlar atır, köklü işlər həyata keçirirlər. Təbii ki, Azərbaycan bu məsələdə ön sıralarda gedən ölkələrdən biridir".

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ölkəmizin ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi strateji məqsəd kimi qarşıya qoyulub və bu istiqamətdə davamlı addımlar atılır: “Məlum olduğu kimi BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycanda ərzaq məhsullarına olan daxili tələbatın sırf yerli istehsal hesabına ödənilməsinin səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu məqamda xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, ərzaq təhlükəsizliyinin təmini məsələsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz dövlət başçısının siyasi iradəsi əsasında Azərbaycanda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib”.

V.İskəndərovun sözlərinə görə, etibarlı ərzaq təminatına nail olunması üçün həm normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir, həm də buna paralel olaraq praktiki müstəvidə də genişmiqyaslı tədbirlər həyata keçirilir: “Təsadüfi deyil ki, regionların, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər aqrar sektorda ərzaq məhsulları istehsalının artırılmasına geniş imkanlar açıb. Hazırda da aqrar sektorda istehsal imkanlarının artırılması, o cümlədən ölkə üzrə ərzaq təminatının möhkəmləndirilməsi məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilir”.

Deputat qeyd edib ki, bununla yanaşı bəzən bizdən aslı olmayan qlobal proseslər də ərzaq təhlüksizliyi məsələsini daha aktual şəkildə ortaya çıxarır: “Bəlli olduğu kimi iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır. Həmçinin qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Məhz bu kontekstdə əlavə addımların atılması zərurəti yaranır. Buna görə də Nazirlər Kabineti baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə müvafiq qərar qəbul edib. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq qəbul edilən "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Qərara əsasən Nazirlər Kabineti müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilməsini müəyyən edir. Hesab edirəm ki, bu zamanında və tam doğru şəkildə atılmış bir addımdır”.

"Bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşlarının sağlamlığını, etibarlı və davalı şəkildə ərzaqla təminatını hər zaman ön sırada tutur. Son qərar isə ondan xəbər verir ki, dövlətin müvafiq qurumları, o cümlədən Nazirlər Kabineti hər hansı bir fövqəladə duruma uyğun olaraq çevik addımlar atmaqda geçikmirlər”, - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi