Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Daxili siyasət
  • 18 noyabr, 2025
  • 13:20
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Cəbrayılın Horovlu kəndində köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Bakıdan yola salınan köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

"Report" xəbər verir ki, kənddə sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 37 ailə (160 nəfər) köçürülüb.

Gülər Seymurqızı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən 37 ailə (160 nəfər) respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti