Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - 2

Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - 2 Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınacaq
Daxili siyasət
29 Mart , 2024 13:08
Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - 2

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

11:52

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

"Report" xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bununla da Füzuli şəhərinə 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin ediləcək.

06:30

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Xatırladaq ki, martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

05:45

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınacaq.

“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürüləcək.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Xatırladaq ki, martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Gülər Seymurqızı, Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi