BŞBPİ: Mitinqdə min nəfər iştirak edib

BŞBPİ: Mitinqdə min nəfər iştirak edib Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda keçirilmiş mitinqlə bağlı rəsmi məlumat yayıb.
Daxili siyasət
14 Aprel , 2018 17:00
BŞBPİ: Mitinqdə min nəfər iştirak edib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda keçirilmiş mitinqlə bağlı rəsmi məlumat yayıb.

İdarədən “Report”a bildirilib ki, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi və NİDA hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


Bakı. 14 aprel. REPORT.AZ/ Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) birgə mitinq keçirib.

“Report”un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilən mitinqdə Milli Şuranın və Müsavat Partiyasının rəhbərləri çıxış edib.

Son xəbərlər

Orphus sistemi