Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİB Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu ilə vida mərasimi keçirilib.
Daxili siyasət
21 May , 2024 13:40
Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu dəfn olunub.

"Report" xəbər verir ki, vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi Suraxanı Şəhidlər xiyabanına gətirilərək torpağa tapşırılıb.

13:06

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış İmaməliyev Arif Ələkbər oğlu ilə vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, Bakının Suraxanı rayonunda keçirilən mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi Suraxanı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, A.İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub, 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb.

Foto Büqar Xanlarov

Son xəbərlər

Orphus sistemi