Azərbaycan 9 ayda işğaldan azad edilmiş ərazilərdə 383 layihə icra edib
- 13 noyabr, 2026
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 383 layihə icra edilib.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.
Sənədə əsasən, bu layihələrin icrasına 1 milyard 761,4 milyon manat xərclənib ki, bu da faktiki ayırmaların 50,3 %-ni təşkil edib.
Hesabat dövründə Qarabağ və Şərqi Zəngəzurda icra edilmiş layihələrin 201-i sosial, 97-si nəqliyyat, 38-i su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 17-si isə sair layihələr olub.
Yanvar-sentyabrda sosial layihələrin icrasına 692,5 milyon manat, nəqliyyat sektoru layihələrinin icrasına 801,4 milyon manat, su təsərüffatı və meliorasiya layihələrinin icrasına 24,5 milyon manat, energetika və sənaye layihələrinin icrasına 65,9 milyon manat, müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 94,6 milyon manat, sair layihələrin icrasına 82,5 milyon manat vəsait xərclənib.