Əfran İsmayılov: "Azərbaycan millisi Lixtenşteynlə oyunda rahat qalibiyyət əldə edə bilər"

Futbol
  • 13 noyabr, 2026
  • 13:49
Əfran İsmayılov: Azərbaycan millisi Lixtenşteynlə oyunda rahat qalibiyyət əldə edə bilər
Əfran İsmayılov

Azərbaycan yığması UEFA Millətlər Liqasında Lixtenşteynlə oyunda rahat qalibiyyət əldə edə bilər.

Bu barədə "Report"a millinin sabiq futbolçusu Əfran İsmayılov açıqlama verib.

38 yaşlı keçmiş yarımmüdafiəçi D Liqasının 2-ci qrupunda bu gün baş tutacaq matçla bağlı fikirlərini bölüşüb:

"İlk növbədə komandamıza uğurlar arzulayıram. Səfərdə layiqli qələbə qazanacaqlarına ümid edirəm. Oyunçular rəqibin kimliyindən asılı olmayaraq ürəkli və istəkli oynamalıdırlar. Üç xal qazansaq, qrupu birinci pillədə başa vuracağıq. Bakıdakı görüşdə Lixtenşteyni məğlub edə bilmədik. Amma çox qol epizodlarımız oldu. Futbolda belə hallar yaşanır. Bu dəfə qələbə qazanmalıyıq. Komandamız üçün rahat qalibiyyət də ola bilər".

Xatırladaq ki, Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

44 filmi